İran və Dağıstan Azərbaycan üzərindən aparılan ticarət dövriyyəsini azaltmaq niyyətindədir

İran və Dağıstan Azərbaycan üzərindən aparılan ticarət dövriyyəsini azaltmaq niyyətindədir
# 15 aprel 2016 09:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dağıstanın rəhbəri Ramzan Abdullatipov İranın "Hamrahian" investisiya şirkətinin rəhbəri Həmid Hamrahianla görüşüb.

"APA-Economics" xəbər verir ki, R. Abdullatipov Dağıstanla İran arasında ticarət dövriyyəsinin azalmasından təəssüfləndiyini qeyd edib. "Halbuki, müasir şərait bizə imkan verir ki, biz dövriyyəmizi böyüdək və ikitərəfli əlaqələrimizi genişləndirək.

Mahaçqala dəniz limanının imkanlarından danışan R. Abdullatipov bildirib ki, liman tərəflər arasında əlaqələrin genişləndirilməsində böyük rola malikdir: "Mahaçqala dəniz limanı Xəzər dənizi ərazisində yeganə donmayan limandır. Biz ticarət dövriyyəmizi hava və avtomobil nəqliyyatı ilə həyata keçirik ki, bu da xərcləri artırır.

H. Hamrahian isə bildirib ki, İran və Dağıstan arasında ticarət dövriyyəsi əvvəllər Azərbaycan üzərindən aparılıb: "Mahaçqala limanının imkanlarından maksimum istifadə etsək, ticarət dövriyyəsi birbaşa Dağıstan üzərindən gedə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR