ATƏT-in Minsk Qrupunun həmsədrləri məcburi köçkün ailəsinin qonağı olublar

ATƏT-in Minsk Qrupunun həmsədrləri məcburi köçkün ailəsinin qonağı olublar
# 14 iyun 2015 08:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) Masazırda Zəngilandan olan məcburi köçkün Nurəddin Həsənovun ailəsinə baş çəkiblər.

APA-nın məlumatına görə, həmsədrlər çay süfrəsinə qonaq olublar.

N. Həsənovun oğlu Ceyhun Həsənov ailənin 5 üzvü olduğunu, Zəngilan işğal olunandan sonra uzun müddət Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında acınacaqlı şəraitdə yaşadıqlarını bildirib.

C. Həsənov daha sonra dövlət hesabına tikilən, hazırda yaşadıqları bu mənzilə köçürüldüklərini söyləyib. O, doğma torpaqlara qayıtmaq istədiklərini bildirib.

C. Uorlik “Zəngilanda belə gözəl şərait olmasa belə, oraya qayıtmaq istəyəcəksiniz” deyə sual verib.

C. Həsənov isə Zəngilanda da Azərbaycan hökumətinin gözəl yaşayış qəsəbələri inşa edəcəyini söyləyib: “Hətta Zəngilanda belə gözəl şərait yaradılmasa belə, doğma torpaqlarımıza qayıtmaq istəyirik, arzumuz budur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR