Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyanın növbəti iclasına dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyanın növbəti iclasına dair fikir mübadiləsi aparılıb
# 13 fevral 2017 10:05 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu qəbul edib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.



Görüşdə həmçinin, keçirilməsi nəzərdə tutulan Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və Azərbaycan-Qırğızıstan biznes-forumuna dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR