DİN bölgələrdə 446 nəfərə şəxsiyyət vəsiqəsi verib

DİN bölgələrdə 446 nəfərə şəxsiyyət vəsiqəsi verib
# 14 aprel 2015 15:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) rayonlarda vətəndaşlar şəxsiyyət vəsiqəsinin verilməsi istiqamətində səyyar qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Növbəti belə tədbirlər Daşkəsən, Samux və Şəmkirdə baş tutub. Keçirilmiş səyyar xidmətlər zamanı Daşkəsən üzrə 71, Samux üzrə 100, Şəmkir rayonu üzrə isə 275 nəfərə, ümumilikdə, 446 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR