Sentyabrda banklara manatda yerləşdirilən əmanətlərin həcmi 3,3% artıb

Sentyabrda banklara manatda yerləşdirilən əmanətlərin həcmi 3,3% artıb
# 08 noyabr 2017 13:29 (UTC +04:00)

2017-ci il oktyabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 22,2 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 981,8 mln. manatı (28,22%) milli valyuta, 5 mlrd. 40,4 mln. manatı (71,78%) isə xarici valyuta ilə yerləşdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 555,8 mln. manat və ya 38,97% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 347,4 mln. manat və ya 21,09% azalma var.

Bununla yanaşı, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda manatda olan əmanətlərin həcmi 63,4 mln. manat və ya 3,3% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 63,3 mln. manat və ya 1,27% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR