“Fərdi elektron pəncərə” elektron məlumat sistemi “Elektron hökumət” portalına qoşulacaq

“Fərdi elektron pəncərə” elektron məlumat sistemi “Elektron hökumət” portalına qoşulacaq
# 15 sentyabr 2017 05:12 (UTC +04:00)

Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi “Elektron hökumət” portalına qoşulacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edib.

Müvafiq olaraq “Qeyri-kommersiya hüquqi şəxslər” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”ndan çıxarılıb. Digər dəyişikliyə əsasən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin hərbi-həkim komissiyasının məlumat sistemi də “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”ndan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR