Şəki sakini özünü güllələyərək intihar edib

Şəki sakini özünü güllələyərək intihar edib
# 31 mart 2015 00:32 (UTC +04:00)

Şəki Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yeni Çələbixan kəndində qeydə alınıb. 1968-ci ildə anadan olmuş İlqar Tofiq oğlu Əliyev kustar üsulla hazırlanmış tapança ilə sinə nahiyəsinə atəş açaraq intihar edib. İ. Əliyev aldığı güllə yarasından hadisə yerində keçinib.

Məlumata görə, İlqar Əliyev ailəlidir, iki övlad atasıdır.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR