Şabranda beynəlxalq elmi konfrans keçirilib - FOTOSESSİYA

Şabranda beynəlxalq elmi konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 may 2015 17:41 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün Şabran şəhərində “Şabran tarixdən bu günə və sabaha” adlı beynəlxalq elmi konfrans keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi beynəlxalq elmi konfransda Azərbaycanla yanaşı ABŞ, İngiltərə və başqa ölkələrin tanınmış universitetlərinin elm adamları da iştirak edib.

Konfransın iştirakçıları əvvəlcə qədim Şabran şəhərinin qalıqları və ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, arxeoloji qazıntılar Şabran şəhərinin bir vaxt Azərbaycanın inkişaf etmiş iqtisadi, siyasi, mədəni mərkəzlərindən biri olduğunu sübut edir.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, akademiklər Teymur Bünyadov, Nailə Vəlixanlı və Maisə Rəhimova konfransın əhəmiyyətindən danışıblar.

Konfransda bildirilib ki, qədim Şabran şəhərində aparılan arxeoloji qazıntı işlərinə əsasən tədqiqatçılar dörd tikinti dövrünü aşkara çıxarıblar. Amma bu tikinti dövrlərindən yalnız ikisi tədqiqatçılar tərəfindən araşdırılıb.

Konfransda “Azərbaycanda şəhər mədəniyyətinin təşəkkülü və inkişafı”, “Şabran şəhərinin arxeoloji tədqiqatları barədə”, “Şabran tarixi mənbələrdə”, “Qədim Azərbaycan şəhərlərinin qarşılıqlı memarlıq əlaqələri” və digər mövzularda məruzələr dinlənilib.

Konfransada iştirak edən ABŞ-ın Luiziana Tulane Universitetinin professoru Elio Brangafortenin “Orta əsr Avropa səyyahları Azərbaycanın şəhərləri barədə”, İngiltərənin Kembric Universitetinin əməkdaşı İrina Şinairayın isə “Nomadlar və Şirvanın ilk orta əsr istehkamları” mövzusunda məruzələri də konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilib.

Tədbirin sonunda konfrans iştirakçıları adından beynəlxalq elm ictimaiyyətinə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR