Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Qazax sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Binəqədi qəsəbəsində Qazax rayon sakini Rafiq Əliyevdən 1 kiloqram 5 qram kustar üsulla hazırlanmış heroin aşkar edilərək müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır.