Nyu-Yorkda törədilən partlayışda xəsarət alanların sayı 31-ə çatıb

Nyu-Yorkda törədilən partlayışda xəsarət alanların sayı 31-ə çatıb
# 21 sentyabr 2016 04:23 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda törədilən partlayış nəticəsində xəsarət alanların sayı 31-ə çatıb , onların arasında Böyük Britaniya vətəndaşı da var.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 29 nəfərin xəsarət aldığöı bildirilib.

Qeyd edək ki, partlayış şənbə günü axşam saatlarında törədilib. Həmin gün dahabir partlayış Nyu-Cersidə törədilib.

Partlayışları törətməkdə şübhəli bilinən 28 yaşlı Əfqanıstan əsilli Əhməd Xan Rahami saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR