Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var
# 22 fevral 2019 03:25 (UTC +04:00)

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Qarxun kəndi ərazisində qeydə alınıb. “VAZ-21011” markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR