Göygöldə 3 avtomobil qəzaya uğrayıb

Göygöldə 3 avtomobil qəzaya uğrayıb
# 25 iyul 2017 15:30 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda üç avtomobil qəzaya uğrayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətdə hərəkətdə olan “Hyundai” markalı kiçik tutumlu yük avtomobili arxadan eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Bu zaman qəzadan yayınmaq istəyən “Ford” markalı yük avtomobili yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR