Bakı-APA. Yəməndə mayın 12-dən beş günlük atəşkəs başlayacaq.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar mayın 12-si, axşam saat 23:00-dan etibarən dayandırılmalıdır.
Xatırladaq ki, ötən gün Adil əl-Cübeyr və ABŞ-ın dövlət katibi Con Kerri husiləri beş günlük “humanitar fasiləyə” çağırmışdılar.