Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir
# 25 aprel 2014 21:25 (UTC +04:00)

Bakı – APA. ABŞ prezidenti Barak Obama, Fransanın prezidenti Fransua Olland, Böyük Britaniya və İtaliyanın baş nazirləri Devid Kemeron və Matteo Rensi, habelə Almaniyanın kansleri Anqela Merkel Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin lehinə çıxış ediblər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının rəsmi saytında məlumat yayılıb.

“Dövlət və hökumət başçıları “Böyük yeddilik” ölkələrini baş verənlərə cəld reaksiya göstərməyə çağırıb və beynəlxalq ictimaiyyət tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinin mümkünlüyünü qeyd ediblər”, - sənəddə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR