Səid Cəlili və Ketrin Eşton İstanbulda görüşəcəklər

Səid Cəlili və Ketrin Eşton İstanbulda görüşəcəklər
# 13 may 2013 06:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında bu həftə görüş keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, görüş mayın 15-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Görüşdən sonra S. Cəlili və Ketrin Eşton birgə mətbuat konfransı keçirəcək və müzakirələrin detalları barədə məlumat verəcəklər.

S. Cəlili mayın 16-da İranın İstanbuldakı Baş Konsulluğunda xüsusi mətbuat konfransı da keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR