Lənkəranda minik avtomobili maneəyə çırpılıb, iki nəfər xəsarət alıb

Lənkəranda minik avtomobili maneəyə çırpılıb, iki nəfər xəsarət alıb
# 06 iyul 2016 17:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Ələt-Astara magistralının 216-cı kilometrliyində, yolun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayonunun Ərçivan qəsəbə sakini, 21 yaşlı Elvin Qasımzadənin idarə etdiyi "Mercedes" markalı, 90-XP-831 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Güclü zərbə nəticəsində sürücü və onun yanındakı sərnişin Toğrul Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR