Azərbaycan Milli Bankı 2009-cu il üçün pul-kredit siyasətini açıqlayıb
AMB-nin Pul-kredit siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir ki, beynəlxalq təşkilatların proqnozuna görə, 2009-cu ildə dünya iqtisadi böhranın davam edəcəyi gözlənilir və qlobal iqtisadi artımın əvvəlki illə müqayisədə əhəmiyyətli azalacağı, qlobal sərmayə axınlarının iki dəfə düşəcəyi proqnozlaşdırılır. Qlobal iqtisadi böhranın kəskinləşməsi neft ölkələri də daxil olmaqla bütün inkişafda olan dövlətlər, o cümlədən Azərbaycan üçün bir sıra risk yarada bilər. Belə ki, dünya maliyyə sistemində likvidlik böhranı şəraitində iqtisadiyyata xarici maliyyə axınları məhdudlaşa bilər. Qlobal tələbatın azalması ilə əlaqədar neftin qiymətinin düşməsi bu ildə də davam edə bilər. Bu şəraitdə qlobal tənəzzülə qarşı mübarizədə beynəlxalq təşkilatlar makroiqtisadi siyasətin, o cümlədən fiskal və pul siyasətinin əhəmiyyətli yumşaldılmasını tövsiyə edir. «Qlobal risklərin milli iqtisadiyyatın qeyri-neft sektoruna, məşğulluq və gəlir səviyyəsinə mənfi təsirlərini qabaqlayıcı rejimdə məhdudlaşdıran çevik makroiqtisadi tənzimləmənin həyata keçirilməsi vacib şərtdir. Bu baxımdan 2009-cu ildə ölkə iqtisadiyyatının inkişafının davam etməsi və maliyyə dayanıqlığının təmin olunması üçün makroiqtisadi siyasətin bütün istiqamətlərinin daha güclü konsolidasiyası və koordinasiyası zəruridir», - deyə Bəyanatda bildirilir.
Sənəddə həmçinin qeyd olunur ki, qoyulmuş məqsədlərə nail olmaq üçün 2009-cu ildə AMB-nin məzənnə siyasəti xarici amillərin davranışından asılı olaraq çevik tənzimlənəcək. Bu siyasət balanslı olaraq uzunmüddətli dövrdə makroiqtisadi tarazlığın dəstəklənməsinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunmasına yönələcək. Milli Bank iqtisadiyyatda zəruri likvidlik səviyyəsinin təmin olunması üçün pul siyasəti alətlərinin çevikliyini daha da artıracaq. Makroiqtisadi vəziyyətdən asılı olaraq, faiz dəhlizinin parametrləri çevik tənzimlənəcək, bank sisteminin yenidən maliyyələşməsi alətlərinin çeşidi genişləndiriləcək. AMB qeyd edir ki, ölkənin kifayət həcmdə qlobal likvidlik imkanları mövcuddur və qlobal risklərin iqtisadi fəallığa və məşğulluğa neqativ təsirini məhdudlaşdırmaq üçün bu imkanların bank sistemi vasitəsilə real sektorun inkişafının dəstəklənməsinə yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə sahələrarası inkişafa şərait yaradan prioritet sektorların dəstəklənməsi zəruridir. Bu istiqamətdə kiçik və orta sahibkarlığın maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, bank sektorunun dəstəklənməsi, tikinti-ipoteka bazarının inkişafı və qlobal risklərin milli iqtisadiyyata təsirini məhdudlaşdıran digər prioritet məsələlər diqqətdə saxlanmalıdır.
Maliyyə sabitliyinin qorunması barədə Bəyanatda qeyd olunur ki, 2009-cu ildə qlobal risklərin artması şəraitində bank sistemində maliyyə sabitliyinin qorunması diqqətdə saxlanacaq ki, Milli Bankın siyasəti bank sisteminə etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönələcək. İqtisadi subyektlərin bank sisteminə inamını qorumaq və daha da artırmaq mühüm prioritet olacaq. Bunun üçün Milli Bank, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasətini davam etdirəcək. Bank sistemində mövcud olan izafi likvidliyin effektiv istifadəsi məqsədilə banklararası pul bazarında müvafiq etimad mexanizmləri təşviq olunacaq. Banklarda daxili ehtiyatlanma siyasətinin formalaşmasına, bank aktivlərinin keyfiyyətinin idarə olunmasına diqqət daha da artırılacaq. Banklar tərəfindən aktivlərin keyfiyyətlə idarə olunması sistemlərinin təkmilləşdirilməsinə institusional dəstək veriləcək, kapital adekvatlığının təhlükəsiz səviyyədə saxlanılması təşviq ediləcək. Risklərin qabaqlayıcı rejimdə aşkarlanması, ölçülməsi və tənzimləmə tədbirləri ilə əhatə olunması, cari ildə ölkədə ödəniş sisteminin inkişafı üzrə yeni dövlət proqramının qəbul edilməsi və reallaşdırması təmin olunacaq. Proqramın həyata keçirilməsi ortamüddətli dövrdə ölkədə inteqrasiya olunmuş vahid elektron ödəniş məkanının yaradılmasına, elektron ticarətin inkişafının sürətlənməsinə və nağdsız dövriyyənin artmasına imkan verəcək.
Bank sisteminin normativ-hüquqi bazası da təkmilləşəcək ki, «Azərbaycan Respublikasının Milli Bankı haqqında» və «Banklar haqqında» qanunlara dəyişikliklərin edilməsi ilə yanaşı, «Bank olmayan kredit təşkilatları haqqında», «Kredit büroları haqqında» qanunların qəbulu nəzərdə tutulur.
Bəyanatda həmçinin ötən ildə pul siyasəti və bank sistemi barədə məlumat verilir. Sənəddə əsasən, 2008-ci ildə pul kütləsinin artım tempi əvvəlki illə müqayisədə iki dəfə azalaraq ötən ilin 11 ayında 25% təşkil edib. Bununla belə, iqtisadiyyatın monetləşməsi artmaqda davam edib və geniş pul kütləsinin qeyri-neft ÜDM-ə nisbəti 50%-ə çatıb. Pul siyasətinin dezinflyasiya potensialını daha da artırmaq məqsədilə ötən ilin mart ayından etibarən məzənnə siyasəti ABŞ dolları və avrodan ibarət bivalyuta səbəti vasitəsilə həyata keçirilməyə başlanılıb. Bu rejim Milli Bankın manatın tərəfdaş ölkələrin valyutalarına qarşı orta çəkili məzənnəsinə (nominal effektiv məzənnə) təsir göstərmək imkanlarını artırıb. Nəticədə, ötən il nominal effektiv məzənnə 12%-dən çox möhkəmlənib ki, bu da tərəfdaş ölkələrdən inflyasiyanın idxalını neytrallaşdıran mühüm amildir.
Məzənnə siyasəti həm də valyuta bazarında sabitliyin qorunmasını təmin edib, manatın dollara qarşı məzənnəsi il ərzində 5,2% möhkəmlənib.
Dünya iqtisadiyyatının tənəzzülü, qlobal likvidlik sıxıntısı və inflyasiyanın azalması şəraitində iqtisadiyyatda likvidlik mənbələrini dəstəkləmək üçün AMB 2008-ci ilin oktyabr ayından etibarən pul siyasətində adekvat korrektələr aparıb. Milli Bankın uçot dərəcəsi üç dəfə dəyişdirilərək 15%-dən 8%-ə endirib, bankların likvidlik göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə onların xarici öhdəlikləri 5%-lik məcburi ehtiyat norması ləğv edilib, daxili öhdəliklər üzrə məcburi ehtiyat normaları isə 12%-dən 6%-ə salınıb.
AMB-nin məlumatına görə, ötən ilin 11 ayında bank sisteminin aktivləri 47%, kredit portfeli 48%, əhalinin əmanətləri 23% artıb. Qeyd olunur ki, ilin birinci yarısında bank sistemində davam edən yüksək artım dinamikası, ikinci yarımillikdə qlobal şəraitə və daxili iqtisadi dinamikaya adekvat şəkildə stabilləşib. Belə ki, bank sistemi beynəlxalq maliyyə bazarlarında likvidliyin məhdudlaşması, iqtisadi artımın və pul kütləsinin yeni dinamikasına adaptasiya olunmağa başlayıb. Ötən il iri məbləğdə xarici öhdəliklərin icrasına baxmayaraq, banklar kreditləşməni davam etdirib ki, təkcə sentyabr-noyabr aylarında verilən yeni kreditlərin həcmi 1,9 mlrd. manat olub. «Banklar həm xarici, həm də daxili öhdəliklərini ödəmək üçün kifayət qədər likvid aktivlərə malikdir. Hətta bəzi bankların borclarının vaxtından əvvəl geri tələb olunmasına baxmayaraq, banklar öz öhdəliklərini tam və vaxtında icra edib. Bankların likvid aktivləri təxminən xarici borc həcmindədir. Bankların likvid aktivləri əhalinin əmanətlərinin təqribən 87%-ni təşkil edir, ani likvidlik göstəricisi isə tələb olunan səviyyədən 3 dəfə yüksəkdir (82%). Likvid aktivlərin cari öhdəliklərə nisbəti isə 90% həddindədir», - deyə Bəyanatda bildirilir.
Bankların kapitalının həcmi ötən ilin 11 ayında 49% artaraq 1,6 mlrd. manata çatıb, eyni zamanda məcmu kapitalın adekvatlıq əmsalı 19% (prudensial tələb 12%) təşkil edib.
Ötən ilin 11 ayında aktivlərin gəlirliliyi 2,6%-ə, kapitalın gəlirliliyi isə 20%-ə bərabər olub.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
Ermənistanda seçki pozuntuları ilə bağlı 29 siqnal daxil olub, 6 nəfər saxlanılıb
XİN: Azov dənizində yük gəmilərinə dron hücumunda yaralananların vəziyyəti yaxşıdır, bəziləri xəstəxanadan buraxılacaq
İstanbulda Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanları keçirilir
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq
Sabahın hava proqnozu açıqlanıb
Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub
Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
Bəzi yerlərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Rusiyanın Ukraynanın vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 19 nəfər yaralanıb
Ermənistanda parlament seçkiləri keçirilir
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib