Bank Of Baku

«UniLeasing»in lizinq portfeli son bir ildə 55% genişlənib

«UniLeasing»in lizinq portfeli son bir ildə 55% genişlənib
# 06 yanvar 2009 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin lizinq portfelinin həcmi 2008-ci il ərzində 54,5% artaraq bu ilin yanvar ayının 1-nə 46,2 mln. ABŞ dolları təşkil edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilinin nəticələrinə əsasən, şirkətin bağladığı lizinq müqavilələrinin sayı 2 dəfə ataraq 750-ə çatıb. Bundan başqa, bu dövr ərzində lizinqə verilən avadanlıqların dəyəri 95,6% artaraq 62,6 mln. dollar, yatırılan investisiyaların həcmi isə 19,5% artaraq 27,6 mln. dollar təşkil edib. Hesabat dövründə şirkətin nizamnamə kapitalı sabit olaraq 1,8 mln. manat səviyyəsində qalıb.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin Gəncə, Lənkəran, Şəki, Quba və Saatlıda nümayəndəlikləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR