Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «Flexcube» avtomatlaşdırılmış bank sisteminə keçidi başa çatdırıb

Azərbaycan Beynəlxalq Bankı «Flexcube» avtomatlaşdırılmış bank sisteminə keçidi başa çatdırıb
# 06 yanvar 2009 14:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «I-flex Solutions» şirkətinin (Hindistan) «Flexcube» avtomatlaşdırılmış bank sisteminə keçidi başa çatdırıb.
ABB-nin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Flexcube» sistemi mövcud filial şəbəkəsi, telefonlar, mobil rabitə, bankomatlar, POS-terminallar, informasiya köşkləri və İnternet vasitəsi ilə bütün bank məhsullarının inteqrasiya olunmuş vəziyyətdə çatdırılmasını təmin edən multivalyut, universal həldir. «Flexcube» sistemi bankın ümumi əməliyyat effektivliyini artırmağa imkan yaradır. Sistemin əsas imkanları aşağıdakılardan ibarətdir: tranzaksiyaların online rejimində işlənməsində yüksək səmərəlilik və onların paket üsulu ilə işlənməsi; digər sistemlərlə sürətli və asan birləşmə üçün standart interfeys və s.
Yeni sistem daha genişmiqyaslı olduğuna görə, hazırda ABB «Flexcube»dan 1995-ci ildə tətbiq etdiyi «Mides» proqram təminatı ilə paralel istifadə edir.
Qeyd edək ki, «I-flex Solutions» şirkətinin fəaliyyət sahəsi dünyada maliyyə institutları üçün kompleks informasiya həlləri ilə təchizatı əhatə edir. Şirkətin əsas səhmdarı rolunda «Oracle» şirkəti (80%) çıxış edir. Hazırda 115 ölkədə 325 maliyyə institutu «Flexcube» sistemindən əsas texnoloji platforma kimi istifadə edir.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 208,654 mln. manat, kredit portfeli 2 631,728 mln. manat, depozit portfeli 1 367,476 mln. manat, məcmu kapitalı 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 130,078 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR