Bank Of Baku

Azərbaycanda istehlak kreditləşməsinin azalması davam edir

Azərbaycanda istehlak kreditləşməsinin azalması davam edir
# 07 yanvar 2009 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kreditlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 6 855,5 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici son bir il ərzində 58%, ötən ilin əvvəlindən isə 46,4% artıb. Noyabr ayında kredit portfelinin həcminin artımı 158 mln. manat və ya 2,4% təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən il kredit portfelinin orta aylıq artımı 197,6 mln. manat olub.
Son bir il ərzində fiziki şəxslərə verilən kreditlərin həcmi 47,5% artaraq 2 354,2 mln. manata çatıb. Eyni zamanda, noyabrda istehlak kreditləri üzrə 10,6 mln. manat və ya 0,5% səviyyəsində azalma müşahidə olunub. Oktyabrda istehlak kreditlərinin azalması 68,5 mln. manat və ya 2,8% təşkil edib. Qeyd edək ki, oktyabrda istehlak kreditlərinin azalması son illərdə ilk dəfə baş verib və bu, bankların kreditləşməni məhdudlaşdırması ilə bağlıdır.
Bununla yanaşı, fiziki şəxslərə verilən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 34,3% təşkil edərək digər sementlərlə müqayisədə daha yüksək göstəriciyə malikdir:



İstehlak kreditlərinin azalması ümumi kredit portfelinin artması fonunda çox müsbət göstəricidir, çünki banklar tərəfindən real sektorun kreditləşdirilməsini artırıldığını əks etdirir. Belə ki, noyabr ayında bəzi sahələr üzrə kredit portfelinin azalması müşahidə olunduğu halda, nəqliyyat və rabitə sektoru üzrə kredit portfelinin həcmi kəskin artıb. Noyabrda ümumi kredit portfelinin artımı 158 mln. manat təşkil etdiyi halda, nəqliyyat və rabitə sektoru üzrə kredit portfelinin həcmi 204,4 mln. manat və ya oktyabrın sonuna olan göstərici ilə müqayisədə 45% artıb. Paralel olaraq nəqliyyat və rabitə sektorunun xüsusi çəkisi ay ərzində 6,8%-dən 9,6%-dək yüksəlib.
Beləliklə, bankların kredit əməliyyatlarında mühüm yer tutan istehlak kreditlərinin azalması ümumi kreditlərin azalmasına deyil, digər sahələrə verilən kreditlərin artmasına səbəb olur. Yəni, banklar istehlak kreditlərinə yönəldilən vəsaitləri digər sahələrin kreditləşməsinə istiqamətləndirib və bu proses davam edəcəyi təqdirdə, Azərbaycan bank sektorunda kredit portfelinin strukturunun sağlamlaşmasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR