Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyası Vyanada keçiriləcək beynəlxalq bank forumunda iştirak edə bilər

Azərbaycan Banklar Assosiasiyası Vyanada keçiriləcək beynəlxalq bank forumunda iştirak edə bilər
# 07 yanvar 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu ilin aprel aylının 23-25-də Vyanada (Avstriya) keçiriləcək MDB və Şərqi Avropa ölkələrinin III Bank Forumu və Ölkə və bank riskləri üzrə XX BACEE (Banking Association for Central and Eastern Europe) Konfransında iştirak edəcəyi gözlənilir.
ABA-nın icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan banklarının tədbirə qatılması üçün toplantı iştirakçıları tərəfindən ABA-ya müraciət olunub. «Həmin konfransda hansı bankın iştirak edib-etməyəcəyi bilavasitə bankların özündən asılı olan məsələdir. ABA da bu beynəlxalq konfransda iştirak edə bilər», - deyə F.Əliyev bildirib.
Qeyd edək ki, konfransda iştirak ödənişlidir.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR