Bank Of Baku

Azərbaycanda ötən il gömrük vergi və rüsumlarının toplanması 44% artıb

Azərbaycanda ötən il gömrük vergi və rüsumlarının toplanması 44% artıb
# 07 yanvar 2009 08:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2008-ci ildə 1 110,36 mln. manat həcmində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Bu barədə «APA-Economics»ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Dövlət büdcəsinə köçürülmüş gömrük vergi və rüsumlarının həcmi müvafiq illik proqnozdan 0,3% çox olub. Bu isə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 338,35 mln. manat və ya 43,83% çoxdur.
Qeyd edək ki, 2008-ci ilin dövlət büdcəsinin daxilolmalarında DGK-nın proqnoz tapşırığı 1 110 mln. manat səviyyəsində müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR