Bank Of Baku

«Azərdəmiryolbank»ın aktivləri ötən il ərzində 52% artıb

«Azərdəmiryolbank»ın aktivləri ötən il ərzində 52% artıb
# 07 yanvar 2009 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 224,698 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 52,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 61% artaraq 168,592 mln. manata, depozit portfeli isə 3,6% azalaraq 49,497 mln. manata çatıb. Bankın məcmu kapitalı ilin əvvəlindən 30,5% artaraq 37,398 mln. manat, o cümlədən nizamnamə kapitalı 28,8% artaraq 13,4 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 76,6% artaraq 41,506 mln. manat, xərcləri isə 82,7% artaraq 30,880 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 2008-ci il ərzində 61% artaraq 10,626 mln. manat olub.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Bankın səhmlərinin «25%+1 səhm» zərfi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Hazırda bankın 27 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR