Bank Of Baku

Azərbaycanda pul kütləsində nağd pulların xüsusi çəkisi 67%-ə çatıb

Azərbaycanda pul kütləsində nağd pulların xüsusi çəkisi 67%-ə çatıb
# 07 yanvar 2009 11:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul kütləsinin həcmi (M2 aqreqatı) 2008-ci ilin dekabr ayının 1-i vəziyyətinə 5 512,8 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 25,3%, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 46,1% çoxdur. Eyni zamanda, noyabr ayında M2 aqreqatı 69 mln. manat və ya 1,3% artıb.
Azərbaycan Milli Bankdan «APA-Economics»ə verilən məlumata görə, pul kütləsinin strukturunda banklardan kənarda nağd pulların (M0 aqreqatı) həcmi 3 668,5 mln. manat təşkil edib ki, onun ilin əvvəlindən artımı 35,2%, illik artımı isə 62,7% təşkil edib. Göründüyü kimi, nağd pulların artım tempi cəmi pul kütləsinin artım tempini üstələyir.
M2 aqreqatının tərkibinə həm də manatla tələb olunanadək və manatla müddətli depozitlər daxildir. Manatla tələb olunanadək depozitlərin həcmi dekabrın 1-nə 925,2 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin eyni dövrü ilə müqayisədə 6,3% çox olduğu halda, ötən ilin əvvəlindən 1,5% azalıb. Bununla yanaşı, manatla müddətli depozitlərin həcmi son bir il ərzində 41,9%, ilin əvvəlindən isə 22,7% artaraq 919,1 mln. manata çatıb.
Qeyd edək ki, dekabrın 1-nə pul kütləsinin M2 aqreqatında nağd pulların payı 66,5% təşkil edib. Bu göstərici ilin əvvəlində 61,6%-ə, 2007-ci ilin dekabrın əvvəlində isə 59,8%-ə bərabər olub. Beləliklə, bu göstəricinin ötən il ərzində artması müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR