Bank Of Baku

«Azərdəmiryolbank» xaricdən yeni kredit cəlb edib

«Azərdəmiryolbank» xaricdən yeni kredit cəlb edib
# 07 yanvar 2009 12:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) Hollandiyanın ING bankından 3 mln. ABŞ dolları həcmində kredit cəlb edib.
Azərbaycan bankının baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Hollandiya bankı tərəfindən bir il müddətinə ayrılmış vəsait Azərbaycanda mikromaliyyələşmənin dəstəklənməsi üçün nəzərdə tutulub. Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bu, Hollandiya bankının Azərbaycanın kredit təşkilatları ilə mikromaliyyələşmə sahəsində ilk əməkdaşlıq təcrübəsidir.
Qeyd edək ki, «Azərdəmiryolbank»ın xarici maliyyə institutlarından mikromaliyyəşmə məqsədləri üçün cəlb etdiyi vəsaitlərin ümumi həcmi 33,2 mln. dollara çatıb.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Bankın 850-yə yaxın səhmdarı var. Səhmlərin «25%+1 səhm» zərfi Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkəti (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 226,6 mln. manat, kredit portfeli 171,7 mln. manat, depozit portfeli 63,91 mln. manat, məcmu kapitalı 34,13 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR