Avro ilə mübadilə əməliyyatlarının 678 089,2 mini satış, 54 960,3 mini isə alış əməliyyatlarının payına düşüb. Nəticədə, satışın həcmi alışı 12,3 dəfə üstələyib, yəni hesabat dövründə əhali tərəfindən alınan avronun həcmi satışdan 12,3 dəfə çox olub.
Eyni zamanda qeyd olunmalıdır ki, əhalinin aldığı nağd avronun həcmi son bir ildə 52,8%, satdığı avro kütləsinin həcmi isə 4,2 dəfə artıb:
Beləliklə, vurğulamaq olar ki, nağd avro bazarında ötən il mühüm hadisələr baş verib. İlk növbədə əhali tərəfindən ötən il satış əməliyyatlarının artırılması müşahidə olunub və bunun əsas səbəbi avronun məzənnəsinin həddindən artıq dəyişkənliyi ilə bağlıdır:
Cədvəldən göründüyü kimi, ilin əsas hissəsi ərzində avro kəskin ucuzlaşıb ki, bu da əhalini avronun satmağa vadar edib. Qeyd edək ki, avro üzrə əhali tərəfindən aparılan satış əməliyyatlarının aylar üzrə illik maksimum (14,5 mln. avro və ya bütün 2007-ci ilin göstəricisinin 97%-i) sentyabr ayında müşahidə olunub. Xatırladaq ki, məhz sentyabrda dünya maliyyə böhranı özünü qabarıq şəkildə biruzə verməyə başlayıb. Məhz bu proses Azərbaycanda avronun məzənnəsinin enməsinə səbəb olub. Bu vaxt məzənnənin daha da enməsindən ehtiyatlanan əhali avronu kütləvi şəkildə satmağa başlayıb. Həmin ay avronun əhali tərəfindən alışı il ərzində ən kiçik aylıq göstəriciyə (43,9 mln. avro) enib. Maraqlıdır ki, ölkədə avronun məzənnəsinin kəskin düşməsi fonunda satış tam dayandırılmayıb. Bu isə bazarda sabit və daimi iştirakçıların olduğunu göstərir.
Beləliklə, avro üzrə nağd bazarın dollar bazarına nisbətən hələ də geriləməsinə baxmayaraq (təxminən 1/5 nisbətində), qeyd etmək olar ki, Azərbaycanda avronun hesablaşmalar və iqtisadiyyatdakı rolu artmaqdadır.