Bank Of Baku

«Nikoil Leasing»in lizinq portfeli 5,8 mln. manatı ötüb

«Nikoil Leasing»in lizinq portfeli 5,8 mln. manatı ötüb
# 07 yanvar 2009 14:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2009-cu ilin yanvar ayının 1-nə 5,810 mln. manat təşkil edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indiyədək şirkət tərəfindən 11 lizinq müqaviləsi bağlanılıb ki, bu müqavilələrin dəyəri 6,952 mln. manat təşkil edib. Həmçinin, şirkət tərəfindən ötən il ərzində ölkə iqtisadiyyatına 5,884 mln. manat həcmində investisiya qoyuluşu həyata keçirilib.
Qeyd edək ki, şirkət tərəfindən təklif edilən lizinq üzrə faiz dərəcələri illik 18-30%, müddəti isə 1-5 il təşkil edir.
Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonundan fəaliyyət göstərir. Şirkət yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR