Bank Of Baku

«Rabitabank»ın səhmdarlarının növbəti yığıncağı fevralda keçiriləcək

«Rabitabank»ın səhmdarlarının növbəti yığıncağı fevralda  keçiriləcək
# 08 yanvar 2009 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının səhmdarlarının növbəti yığıncağı cari ilin fevral ayının 10-da keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın 2008-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə İdarə Heyəti və Audit Komitəsinin hesabatı, 2008-ci ilin maliyyə ili üzrə balans mənfəəti və zərəri haqqında hesabatının müzakirəsi və təsdiqi, həmçinin dividentlərin bölgüsü, 2009-cu ilin dividentlərinin kapitallaşdırılması və bankın fəaliyyətinə dair digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, «Rabitəbank» 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 96,571 mln. manat, depozit portfeli 79,342 mln. manat, kredit portfeli 72,504 mln. manat, məcmu kapitalı 12,361 mln. manat, o cümlədən nizamnamə kapitalı 8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR