Bank Of Baku

«AzSığorta» şirkəti veb-saytında İnternet-sığorta sisteminin inteqrasiya işlərini başa çatdırır

«AzSığorta» şirkəti veb-saytında İnternet-sığorta sisteminin inteqrasiya işlərini başa çatdırır
# 08 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2009-cu ilin ortalarına kimi rəsmi veb-saytında apardığı İnternet-sığorta sisteminin inteqrasiya işlərini başa çatdıracaq.
«AzSığorta» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hazırda layihənin birinci mərhələsi həyata keçirilir. Bu mərhələdə şirkətin veb-səhifəsində hesablama sistemi tətbiq olunacaq. İkinci mərhələdə isə ödəniş məsələlərini həll etmək üçün xüsusi proqram təminatı tətbiq ediləcək və bunun nəticəsində müştərilər öz kompüterlərindən ayrılmadan sığorta polislərini çap edə biləcəklər. Polislər İnternet vasitəsi ilə satılacaq, ödənişlər isə kredit kartlarla aparılacaq. Bunun üçün sığorta şirkətinin texniki bazasında «GoldenPay» onlayn ödəniş sistemi inteqrasiya olunacaq.
Qeyd edək ki, «SilverKey Azerbaijan» şirkətinin əsası «SilverKey Technologies»in (baş ofisi – Çikaqo, ABŞ) dörd qlobal idarələrindən biri kimi 2006-cı ildə qoyulub. Şirkətin missiyası güclü elektron ticarət mühitini yaratmaqdır. Şirkət veb-saytların hazırlanması, fərdi veb-proqramların tətbiqi, «GoldenPay»in inteqrasiyası, «GoldenShop»un inkişafı, «e-life» konsaltinq və s. xidmətlər göstərməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR