Bank Of Baku

Azərbaycanda bank əmanətçiləri milli valyutaya üstünlük verir

Azərbaycanda bank əmanətçiləri milli valyutaya üstünlük verir
# 08 yanvar 2009 09:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda 2008-ci ilin dekabr ayının 1-nə əhali tərəfindən yerləşdirilən əmanətlərin 967,5 mln. manatı və ya ümumi məbləğin (1 808,1 mln. manat) 53,5%-i milli valyutanın payına düşür. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankı tərəfindən noyabr ayı üzrə hazırlanmış bank sistemi haqqında statistik bülletendə bildirilir.
Qeyd edək ki, 2007-ci ilin dekabrın 1-nə manat və valyuta ilə yerləşdirilən əmanətlərin nisbəti 42,3/57,7% olub. Ötən ilin əvvəlinə bu göstəricilər müvafiq olaraq 46% və 54% təşkil edib. Beləliklə, 2008-ci ildə manatla yerləşdirilən əmanətlərin xüsusi çəkisinin artımı müşahidə olunub. Eyni zamanda, ötən ilin 11 ayı ərzində əmanətlərin ümumi həcminin artımı 23,1%-ə bərabər olduğu halda, manat əmanətlərinin artım tempi 43%, valyuta əmanətləri üzrə isə bu göstərici cəmi 6,1% təşkil edib. Yəni, ötən il əmanətlərin ümumi dinamik artımından əlavə valyuta əmanətlərindən manat əmanətlərinə vəsait axını müşahidə olunub.
Xatırladaq ki, ötən il ərzində manatın həm dollar, həm də avroya qarşı möhkəmlənməsi baş verib. Bu səbəbdən əhali öz əmanətlərini məzənnəsi artan və daha əlverişli valyuta olan manata transfer edib. Eyni zamanda, bu proses əhalinin manata olan etibarlığının artdığını əks etdirir ki, bu da makroiqtisadi baxımından çox müsbət göstəricidir.
Maraqlıdır ki, manat əmanətlərinin artımı bu depozit növləri üzrə gəlirliyin valyuta əmanətlərinə nisbətən bir qədər aşağı olması şəraitdə baş verir. Belə ki, dekabrın 1-nə fiziki səxslərin depozit və əmanətləri üzrə faiz dərəcələri manat üzrə illik 12,64%, valyuta üzrə 12,72%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR