Bank Of Baku

Bakı Banklararası Valyuta Birjası ötən il dövriyyəsini 34% artırıb

Bakı Banklararası Valyuta Birjası ötən il dövriyyəsini 34% artırıb
# 08 yanvar 2009 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Bakı Banklararası Valyuta Birjası (BBVB) 15-illik fəaliyyətində ən iri valyuta hərracları həcminə nail olub.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yekunlarına görə valyuta bölməsi hərraclarının həcmi 2,051 mlrd. manat və ya 2,495 mlrd. ABŞ dolları təşkil edib. Bununla belə, birja hərraclarının həcmi 2007-ci ilin dövriyyəsini 517 mln. manat və ya 34% üstələyib. Ötən il birjanın valyuta bölməsində 1 209 əqd qeydə alınıb, bir əqdin orta həcmi isə 2,038 mln. dollar təşkil edib. Valyuta hərraclarının birjadakı ortagünlük həcmi ilk dəfədir ki 10,14 mln. həddini aşıb və bu, 2007-ci ildəkindən 39% çoxdur.
Birja Elektron Ticarət Sistemində (BEST) dollar üzrə keçirilən hərracların ümumi həcmi 2,023 mlrd. manat (2,464 mlrd. dollar), EUR/AZN aləti üzrə isə 27,553 mln. manat təşkil edib. Ötən il ərzində BEST sistemində 486 ticarət sessiyası baş tutub, onların iştirakçıları isə 35 bank olub.
Təkcə ötən ilin dekabr ayında BBVB-nin valyuta seksiyasındakı birja hərraclarının həcmi 149,8 mln. manat və ya 186,601 mln. dollar təşkil edib. Ötən ilin noyabr ayına nisbətən hesabat ayında valyuta seksiyasında keçirilən hərracların həcmi 2,3 dəfə artıb. Dekabrda baş tutmuş hər bir əqdin orta həcmi 2,298 mln. dollara bərabər olub. BBVB-nin valyuta bölməsindəki hərraclarında cəmi 26 bank iştirak edib. Hesabat ayında BEST-də 42 ticarət sessiyası keçirilib və 78 əqd bağlanılıb.
Bundan başqa, BBVB 2008-ci ilin dekabrında valyuta bölməsinin yekunlarına görə birja bazarının aparıcı bankların beşliyini müəyyənləşdirib. Hərracların ümumi həcmində ən yüksək paya «UniBank» (25,19%), Azərbaycan Beynəlxalq Bankı (23,24%) «Xalq Bank» (17,86%), «YapıKredi Bank Azerbaijan» (14,23%) və «Bank Respublika» (9,65%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR