Bank Of Baku

Dünya Bankı: 2008-ci ildə Azərbaycanda ÜDM-in artımı 17,7% təşkil edəcək

Dünya Bankı: 2008-ci ildə Azərbaycanda ÜDM-in artımı 17,7% təşkil edəcək
# 08 yanvar 2009 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycanda 2008-ci ilin yekunlarına görə ÜDM-in artım tempinin 17,7% səviyyəsində olacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə DB tərəfindən hazırlanmış «Qlobal iqtisadi tədqiqat»da deyilir.
Qeyd edək ki, bu göstərici üzrə Azərbaycan icmala daxil edilən Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında birinci yeri tutur:

 

2005

2006

2007

2008 (proqnoz)

2009 (proqnoz)

2010 (proqnoz)

Azərbaycan

26.2

34.5

25.0

17.7

10.4

7.8

Belarus

9.4

9.9

8.2

9.2

5.0

5.8

Ermənistan

13.9

13.3

13.7

9.0

6.4

6.7

Rumıniya

4.1

7.9

6.0

8.6

3.2

5.8

Özbəkistan

7.0

7.3

9.5

8.0

7.0

6.5

Qırğızıstan

- 0.2

2.7

8.2

6.6

4.2

5.6

Moldova

7.5

4.0

3.0

6.5

4.0

4.0

Albaniya

5.5

5.0

6.0

6.0

5.0

5.5

Bolqarıstan

6.2

6.3

6.2

6.0

2.4

6.0

Rusiya

6.4

7.4

8.1

6.0

3.0

5.0

Ukrayna

2.7

7.9

7.7

6.0

- 3.0

4.4

Makedoniya

4.1

3.0

5.1

5.5

4.8

5.6

Xorvatiya

4.3

4.8

5.6

3.5

2.3

5.1

Polşa

3.6

6.2

6.6

5.4

4.0

4.7

Qazaxıstan

9.7

10.7

8.5

4.0

1.9

6.2

Litva

7.9

7.7

8.8

4.0

- 0.3

2.0

Gürcüstan

9.6

9.4

12.4

3.5

4.0

6.0

Türkiyə

8.4

6.9

4.6

3.0

1.7

4.9

Latviya

10.6

12.2

10.3

- 0.8

- 3.5

- 0.7



Cədvəldən göründüyü kimi, əksər ölkələr üzrə 2008-ci ildə ÜDM-in artım tempinin əvvəlki illə müqayisədə azalması gözlənilir. Hətta bir neçə ölkədə iqtisadiyyatın geriləməsi proqnozlaşdırılır. Buna əsas səbəb dünya iqtisadi böhranıdır ki, onun Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə inkişaf etmiş ölkələrdən az da olsa təsiri müşahidə olunub.
Qeyd edək ki, bu, Azərbaycan üçün proqnozlarda da əksini tapıb, lakin buna baxmayaraq, Azərbaycan ÜDM-in artım tempi göstəricisi üzrə 2009-cu və 2010-cu illərdə də liderliyini saxlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR