Bank Of Baku

«Thames İnsurance Group»un maliyyə göstəriciləri ötən il azalıb

«Thames İnsurance Group»un maliyyə göstəriciləri ötən il azalıb
# 08 yanvar 2009 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Thames İnsurance Group» Azərbaycan-İngiltərə Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sığorta daxilolmalarının həcmi 2008-ci il ərzində 1,563 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin yekun göstəricisinə nisbətən 39,6% azdır.
Şirkətin baş mühasibi Əli Əlizadənin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmində də azalma müşahidə olunub. Belə ki, bu müddət ərzində şirkətin ödənişləri 32,7% azalaraq 350 min manat təşkil edib. Bununla yanaşı, şirkətin ötən il ərzində əldə etdiyi mənfəətin həcmi 43% azalaraq təxminən 70 min manat olub.
Ə.Əlizadənin sözlərinə görə, sığorta daxilolmalarının azalmasına əsas səbəb «NBCBank»ın sığorta şirkəti ilə əməkdaşlığının bitməsi olub: «Əvvəllər bu bankın kreditlə satdığı «Nurgün Motors» şirkətinin bütün avtomobilləri «Thames İnsurance Group»da sığorta olunurdu. Bu səbəbdən sığorta şirkətinin daxilolmaları əlavə olaraq 1 mln. manat artmışdı. Sonradan bank «StarAlliance» sığorta şirkətini aldığına görə, bizimlə əməkdaşlığa xitam verilib», - deyə Ə.Əlizadə bildirib.
Ötən il ərzində ən çox sığorta haqqı «Avtomobil sığortası» (508 min manat), «Yüklərin sığortası» (246 min manat) və «Əmlak sığortası» (166 min manat) növləri üzrə toplanıb. Ödənişlərdə də əsas paya «Avtomobil sığortası» (268 min manat) və «Yük sığortası» (82 min manat) növləri üstünlük təşkil edib.
Qeyd edək ki, 1996-cı ildə yaradılan «Thames Insurance Group» şirkəti 24 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR