Bank Of Baku

Azərbaycanda bankomatların sayı 14%, POS-terminalların - 51% artıb

Azərbaycanda bankomatların sayı 14%, POS-terminalların - 51% artıb
# 08 yanvar 2009 13:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən ilin dekabr ayının 1-nə Azərbaycanda 1 500 bankomat və 8 007 POS-terminal fəaliyyət göstərib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ilin əvvəlindən ölkə üzrə bankomatların sayı 183 ədəd və ya 14%, POS-terminalların sayı isə 2 698 ədəd və ya 51% artıb.
Bankomatların 870-i Bakıda, 630-u isə regionlarda quraşdırılıb, paytaxt bankomatlarının sayı isə 6%, bölgələrdə 27% artıb. Bakıda POS-terminalların sayı 7 303 ədəd (ilin əvvəlindən artım 49%), regionlarda isə 704 ədəd (artım – 61%) olub.
Qeyd edək ki, bankomat və POS-terminalların sayının artması ölkədə nağdsız hesablaşmaların, əsasən də pərakəndə ticarət və xidmət sektorunda ödənişlərin artmasına xidmət edir. Bu baxımdan, POS-terminalların sayının artması bankomatlardan daha vacib göstəricidir, çünki əgər bankomatlar hələ də əsasən kartlara yüklənilən kredit məbləği (kredit kartları) və ya əmək haqqı və pensiyaların (debet kartları) nağdlaşdırılması üçün istifadə olunursa, POS-terminallar plastik kartlar vasitəsi ilə mal və xidmətlərə görə ödənişlər aparmağa imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR