Bank Of Baku

Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi normadan iki dəfə azdır

Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi normadan iki dəfə azdır
# 08 yanvar 2009 13:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kredit portfelində vaxtı keçmiş ssudaların xüsusi çəkisi 2008-ci ilin dekabr ayının 1-nə 2,1% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, dekabrın 1-nə bankların məcmu kredit portfeli 6 855,5 mln. manat olduğu halda, vaxtı keçmiş kreditlərin həcmi 145,3 mln. manata bərabər olub.
Qeyd edək ki, 2007-ci ilin dekabrın əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcminin 48% artmasına baxmayaraq, onun kredit portfelində xüsusi çəkisi 0,2 faiz bəndi azalıb. Ötən ilin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 2,1% təşkil edib.
Son illər ərzində Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin kəskin azalması və hazırda aşağı səviyyəyə düşdüyü müşahidə olunur. Belə ki, 2001-ci ildə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 27,6% təşkil etdiyi halda, 2004-cü ildə bu göstərici 11%-ə, 2006-cı ildə 3,3%-ə, 2008-ci ildə isə 2,1%-ə enib.
Qeyd edək ki, dünya təcrübəsinə əsasən, bank sistemində vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisinin 4-5% səviyyəsində olması normal hesab edilir. Həmin göstəricinin bundan yüksək olması bank sisteminin təhlükəli tendensiyalarla üzləşə biləcəyini qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR