Bank Of Baku

«Rabitəbank» payızda Mobil-banking və İnternet-banking xidmətlərini tətbiq edəcək

«Rabitəbank» payızda Mobil-banking və İnternet-banking xidmətlərini tətbiq edəcək
# 08 yanvar 2009 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayından etibarən Mobil-banking və İnternet-banking üzrə xidmətlərə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.
E.Qədimovun sözlərinə görə, bu xidmətlərin tətbiqi üçün hazırda bir sıra texniki məsələlər həll olunur. Bu proses başa çatdıqdan sonra hər iki xidmət test rejimində tətbiq ediləcək və bütün sınaqlar III rübədək başa çatdırılacaq.
Qeyd edək ki, «Rabitəbank» artıq SMS-banking xidmətinin tətbiqinə nail olub.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivləri 96,571 mln. manat, kredit portfeli 72,504 mln. manat, depozit portfeli 79,342 mln. manat, məcmu kapitalı 12,361 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 15 mübadilə məntəqəsi, 21 bankomatı və 84 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR