Bank Of Baku

«Siemens» şirkəti 800 mln. dollar cərimə ödəyib

«Siemens» şirkəti 800 mln. dollar cərimə ödəyib
# 08 yanvar 2009 13:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Siemens AG» şirkətinin ABŞ hökumətinin son 2 il ərzində apardığı istintaqı dayandırdığına görə cərimə və kompensasiya şəklində 800 mln. dollar ödəyib.
«APA-Economics»in «The Wall Street Journal» qəzetinə istinadən verdiyi məlumata görə, bu, ABŞ-ın xarici dövlət və şirkətlərdə korrupsiya ilə apardığı mübarizəsi tarixində ən yüksək cərimə məbləğidir. Qeyd edək ki, Almaniya şirkətinin müqavilələrin bağlanması üçün müxtəlif qurumlara və təşkilatlara verdiyi rüşvətin ümumi məbləği 1,4 mlrd. dollar təşkil edib. Əldə edilmiş razılaşmaya görə, «Siemens» etiraf edib ki, hesabları düzgün aparmayıb və zəruri daxili nəzarət həyata keçirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR