Bank Of Baku

«Rabitəbank» fevralda yeni regional filial açacaq

«Rabitəbank» fevralda yeni regional filial açacaq
# 08 yanvar 2009 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) Ağcabədi filialı bu ilin fevral ayında fəaliyyətə başlayacaq.
Bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq filialın təsis sənədləri Azərbaycan Milli Bankına (AMB) təqdim edilib. Həmçinin, filiala yeni direktorun təyin edilməsi məsələsi də AMB ilə razılaşdırılıb.
E.Qədimovun sözlərinə görə, yaxın vaxtlarda filiala AMB tərəfindən lisenziyanın verilməsi gözlənilir. Qeyd edək ki, hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir və bunun 12-si regionda yerləşir.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivləri 96,571 mln. manat, kredit portfeli 72,504 mln. manat, depozit portfeli 79,342 mln. manat, məcmu kapitalı 12,361 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 15 mübadilə məntəqəsi, 21 bankomatı və 84 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR