Bank Of Baku

«Control Risks»: 2009-cu ildə iqtisadi böhran dünyanın bütün bölgələrində hiss olunacaq

«Control Risks»: 2009-cu ildə iqtisadi böhran dünyanın bütün bölgələrində hiss olunacaq
# 08 yanvar 2009 14:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Control Risks» təşkilatı dünya miqyasında bu ilin ən əsas üç təhlükəsi haqqında hesabat hazırlayıb. «APA-Economics»in məlumatına gör, bunların siyahısında ilk yeri dünya iqtisadi böhranı tutur.
«Control Risks»in analitikləri vurğulayırlar ki, iqtisadi böhran bu il dünyanın bütün regionlarda özünü büruzə verəcək və şirkətlər buna hazır olmalıdır.
Bu ilin daha bir böyük təhlükəsi qlobal defisitlə bağlı olacaq. Korporativ sektor bu problemi hər bir sahədə hiss edəcək - tədarükçüdən başlayaraq istehsal sektoruna kimi. Bütün bunlar, «Control Risks»in ekspertlərinin rəyinə görə, gözlənilməyən nəticələrə gətirib çıxara bilər: bu fonda dünyada tətillər və cinayətkarlığın səviyyəsi arta bilər. Bununla yanaşı, «Control Risks» bu ilin əsas təhlükələrindən biri kimi insan oğurluğu və dəniz quldurluğunun artacağını da istisna etmir. Bu səbəbdən «Control Risks» bütün iri şirkət və təşkilatlara təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR