Bank Of Baku

«Alfa Sığorta» şirkəti ötən il sığorta haqlarını 13% azaldıb

«Alfa Sığorta» şirkəti ötən il sığorta haqlarını 13% azaldıb
# 09 yanvar 2009 06:36 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 1,337 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin yekunlarına nisbətən 12,9% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 46,6% artaraq 357,982 min manat olub. Sığorta daxilolmalarının 46,7%-i «Avtomobillərin kasko sığortası» növünün payına düşüb. Məcmu ödənişlərdə də isə «Avtomobillərin kasko sığortası» növü daha yüksək paya (82,2%) malikdir.
Qeyd edək ki, təsisçisi «Texnikabank» SKB olan «Alfa Sığorta» şirkəti (əvvəlki «Murad İnsurance») 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,5 mln. manat təşkil edib. Şirkət 21 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR