Bank Of Baku

«Rabitəbank»ın təsis etdiyi lizinq şirkəti gələn il aktiv fəaliyyətə başlaya bilər

«Rabitəbank»ın təsis etdiyi lizinq şirkəti gələn il aktiv fəaliyyətə başlaya bilər
# 09 yanvar 2009 07:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiyan Bankının (SKB) törəmə şirkəti olan «AzLizinq» 2010-cu ildən aktiv fəaliyyətə başlaya bilər.
Bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimovun «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin aktiv fəaliyyətə başlamamasının əsas səbəblərindən biri dünyada baş verən maliyyə böhranı ilə bağlıdır. Bu səbəbdən yeni yaradılan lizinq şirkətinin fəaliyyəti müvəqqəti olaraq təxirə salınıb.
Qeyd edək ki, «Azlizinq» şirkəti «Rabitəbank» tərəfindən 2005-ci ilin may ayında təsis edilib. Şirkətin nizamnamə fondu 49 min manat təşkil edir.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivləri 96,571 mln. manat, kredit portfeli 72,504 mln. manat, depozit portfeli 79,342 mln. manat, məcmu kapitalı 12,361 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 15 mübadilə məntəqəsi, 21 bankomatı və 84 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR