Bank Of Baku

Azərbaycan banklarının maliyyə sektorundan cəlb etdiyi kreditlərin həcmi 84% artıb

Azərbaycan banklarının maliyyə sektorundan cəlb etdiyi kreditlərin həcmi 84% artıb
# 09 yanvar 2009 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların 2008-ci ilin dekabr ayının 1-nə olan passivlərin strukturunda 3 165,1 mln. manat və ya öhdəliklərin 38,3%-i maliyyə sektorundan alınmış kredit və depozitlərin payına düşür. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin əvvəlindən 1 445 mln. manat və ya 84% artıb.
Eyni zamanda, bank aktivlərinin strukturunda maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 460,76 mln. manat (ilin əvvəlindən artım 60,4%), yəni ümumi aktivlərin 4,7%-ni təşkil edib.
Beləliklə, Azərbaycanda bankların maliyyə sektorundan aldığı kredit və depozitlərin həcmi verilmiş həcmdən 6,9 dəfə çoxdur:



Noyabr ayında maliyyə sektorundan alınmış kredit və depozitlərin həcmi 131,3 mln. manat və ya 4% azalıb. Bunun əsas səbəbi banklar tərəfindən xarici öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi noyabrda 33,3 mln. manat və ya 7,8% artıb. Dekabrın 1-nə Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi 2,05 mlrd. manat təşkil etdiyini nəzərə alaraq qeyd etmək olar ki, daxili maliyyə sektorundan alınmış kredit və depozitlərin həcmi 1,11 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR