Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının Nyu-York nümayəndəliyi fəaliyyətə başlayıb

Azərbaycan Beynəlxalq Bankının Nyu-York nümayəndəliyi fəaliyyətə başlayıb
# 09 yanvar 2009 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Nyu-York nümayəndəliyi fəaliyyətə başlayıb.
ABB-nin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Nyu-York nümayəndəliyi bankın sayca 5-ci xarici nümayəndəliyidir. Hazırda ABB-nin Frankfurt (Almaniya), London (Böyük Britaniya), Lüksemburq və Dubayda (BƏƏ) nümayəndəlikləri fəaliyyət göstərir.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin Direktorlar Şurası ABB-nin Nyu-York şəhərində nümayəndəliyinin açılmasına icazəni 2008-ci ilin iyul ayının 31-də verib.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 208,654 mln. manat, kredit portfeli 2 631,728 mln. manat, depozit portfeli 1 367,476 mln. manat, məcmu kapitalı 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 130,078 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR