Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında dilerlərin dekabr renkinqinə «Standard Capital» şirkəti başçılıq edir

Azərbaycanın qiymətli kağızlar bazarında dilerlərin dekabr renkinqinə «Standard Capital» şirkəti başçılıq edir
# 09 yanvar 2009 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) aparılmış əməliyyatların həcminə görə dilerlərin 2008-ci ilin dekabr renkinqinə «Standard Capital» şirkəti başçılıq edir.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət ümumi dəyəri 10 780 752,30 manat olan diler əməliyyatları həyata keçirib.
Qeyd edək ki, dekabr ayında dilerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, noyabr ayında aparılmış diler əməliyyatlarının öndə gedən məbləği 22 665 637,56 manat olub.

Mövqe (noyabr)

Mövqe (dekabr)

Dilerlər

Əməliyyatların həcmi (AZN)

1

1

Standard Capital

10 780 752,30

2

2

Azər-Türk Bank

7 620 342,70

-

3

UniCapital

107 195

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR