Bank Of Baku

Azərbaycanda bank investisiyalarının artım tempi aktivlərin dinamikasını 37% üstələyir

Azərbaycanda bank investisiyalarının artım tempi aktivlərin dinamikasını 37% üstələyir
# 09 yanvar 2009 09:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların investisiyalarının həcmi 2008-ci ilin dekabr ayının 1-nə 778,22 mln. manat təşkil edib ki, bu da ümumi bank aktivlərinin 7,9%-nə bərabərdir.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bankların məcmu investisiyalarının həcmi ilin əvvəlindən 64,8% artıb. Qeyd edək ki, investisiyaların artım tempi ümumi aktivlərin artım tempindən (47,3%) nəzərə çarpan dərəcədə yüksəkdir.
Qeyd edək ki, ötən ilin 11 ayı ərzində bankların investisiyalarının ümumi artımının həcmi 305,92 mln. manat təşkil etdiyi halda, təkcə oktyabr-noyabr aylarında bu göstərici 219,61 mln. manat olub. Başqa sözlə, ötən il investisiyaların orta aylıq atımı 27,8 mln. manat, oktyabrda 128,91 mln. manat, noyabrda isə 90,7 mln. manat təşkil edib.
Xatırladaq ki, sentyabr ayında dünya maliyyə böhranı səbəbindən Azərbaycanda banklar kreditləşməni əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və şərtləri sərtləşdirib. Bunun müqabilində bankların investisiyaları kəskin artmağa başlayıb ki, bu proseslərin də təsadüf olması şübhəlidir.
Bank investisiyalarının strukturunda dövlət qiymətli kağızların alınmasına yönəldilən vəsaitlər xüsusi yer tutur. Məsələn, hazırda dövriyyədə olan Milli Bankın notlarının həcmi 150 mln. manatdan artıqdır ki, bu da bankların investisiyalarına aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR