Bank Of Baku

Azərbaycan hökuməti ƏDV-dən azad olunan idxal mallarının siyahısını genişləndirib

Azərbaycan hökuməti ƏDV-dən azad olunan idxal mallarının siyahısını genişləndirib
# 09 yanvar 2009 12:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» qərarına əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, İqtisadi İnkişaf, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq qəbul edilmiş qərara əsasən, «Qrup 90»da «9021 31 000 0 - süni oynaqlar», «9021 39 900 0 - digərləri», «9021 40 000 0 - eşitmə aparatları, hissə və ləvazimatlarından başqa», «9021 90 100 0 - eşitmə aparatlarının hissə və ləvazimatları», «9021 90 900 0 - digərləri» əlavə dəyər vergisindən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR