Bank Of Baku

«CredAgro» təşkilatı ötən il kredit portfelini 58% genişləndirib

«CredAgro» təşkilatı ötən il kredit portfelini 58% genişləndirib
# 09 yanvar 2009 13:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfeli 2009-cu ilin yanvar ayının 1-nə 50,948 mln. ABŞ dolları təşkil edib ki, bu da 2008-ci ilin yanvarın 1-nə olan analoji göstəricidən 57,8% çoxdur.
«CredAgro» təşkilatının baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit portfelində 63% biznesin inkişafı, 25% istehlak sektoru, 6% lizinq və 5% kənd təsərrüfatı sahələrinin payına düşüb. Həmçinin, bu müddət ərzində təşkilatın müştərilərinin sayı 60,2% artaraq 13 773 nəfərə çatıb.
Qeyd edək ki, «CredAgro» təşkilatı tərəfindən kreditlər illik 25-36% dərəcəsi ilə ayrılır.
Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 13 filialı, 8 köməkçi ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR