Bank Of Baku

Azərbaycanda lisenziyası olmayan sığorta agentlərinin fəaliyyəti dayandırılacaq

Azərbaycanda lisenziyası olmayan sığorta agentlərinin fəaliyyəti dayandırılacaq
# 10 yanvar 2009 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ili mart ayının 15-dək Azərbaycandakı sığorta agentləri müvafiq lisenziyaya malik olmadıqları təqdirdə onların fəaliyyətləri dayandırılacaq. Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın alınması fəaliyyət göstərən sığorta agentləri və sığorta agenti olmaq istəyən fiziki və hüquqi şəxslərə aiddir.

«Sığorta fəaliyyəti haqqında» qanuna, habelə Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi» qaydalarına əsasən, sığorta agenti fəaliyyəti üçün lisenziya almaq istəyən fiziki şəxslərin müvafiq test imtahanından keçməsi tələb olunur.

Qeyd olunan tələbin icrası məqsədilə bu il martın 15-dən etibarən sığorta agenti kimi vasitəçilik xidmətindən istifadə etmək istəyən fiziki şəxslər müvafiq sənədləri yanvarın 16-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bundan başaq, «Sığorta fəaliyyəti haqqında» qanununa uyğun olaraq, hüquqi şəxslər, məsələn banklar, səyahət agentlikləri və s. sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onların əmək müqaviləsi əsasında işçisi olan ən azı bir şəxs sığorta agenti fəaliyyətinə lisenziyaya malik olmalıdır.

Qaydalara əsasən, sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün keçiriləcək test imtahanın vaxtı, yeri, tərtib olunmuş imtahan sualları və test imtahanına buraxılan namizədlərin siyahısı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR