Bank Of Baku

Ötən il Azərbaycanda 253,4 min dollarlıq qrant müqavilələri qeydiyyata alınıb

Ötən il Azərbaycanda 253,4 min dollarlıq qrant müqavilələri qeydiyyata alınıb
# 10 yanvar 2009 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə müraciət etmiş 4 kommersiya hüquqi şəxsin aldığı 5 qrant müqaviləsi qeydiyyata alınıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu qrant müqavilələri (qərarları) üzrə vəsaitin ümumi məbləği 253,4 min ABŞ dolları təşkil edib.

Alınmış vəsaitlər məcburi köçkün və aztəminatlı ailələrin sahibkarlıq fəaliyyətinə başlaması üçün mikrokreditlərin verilməsi, kredit ittifaqlarının inkişafının dəstəklənməsi və onların işçi heyəti üçün idarəçilik bacarığının təkmilləşdirilməsi məqsədilə təlim kurslarının təşkili və digər istiqamətlərə yönəldilib.

Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qrant alınması haqqında müqavilələrin (qərarların) surəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qeydiyyat üçün İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmadığına görə 3 kommersiya hüquqi şəxsə cərimə tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Qeyd edək ki, 2008-ci il ərzində qeydiyyata alınan müqavilələr «Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları»na müvafiq olaraq aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR