Bank Of Baku

«AtaLeasing» şirkəti ötən il lizinq portfelini 41% genişləndirib

«AtaLeasing» şirkəti ötən il lizinq portfelini 41% genişləndirib
# 12 yanvar 2009 06:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» Açıq Səhmdar Cəmiyyətinin (ASC) lizinq portfelinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 3,510 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 40,5% çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 24% artaraq 93-ə, məcmu kapitalı isə 12,2% artaraq 1,266 mln. manata çatıb. Həmçinin, bu dövr ərzində lizinqə verilən avadanlıqların dəyəri 44,8% artaraq 4,560 mln. manat, ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi 11% artaraq 2,925 mln. manat təşkil edib.
Qeyd edək ki, şirkətin 2008-ci il ərzində əldə etdiyi xalis mənfəətin həcmi 89,3% artaraq 341,278 min manata çatıb, nizamnamə kapitalı isə sabit qalaraq 1 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR